AZ

Ağdaşda iki yaşlı uşağın ölümünün DETALLARI MƏLUM OLDU

Ağdaşda iki yaşlı uşağın bədbəxt hadisə nəticəsində ölməsi ilə bağlı bəzi detalları məlum olub.

Oxu.Az xəbər verir ki, bu barədə Bizim.Media-ya uşağın babası Kamran İsmayılov məlumat verib.

O, bildirib ki, qızı ailəsi ilə birlikdə Bakıdan gəlirmiş, yolda - Kürdəmirlə Ucar arasında maşını saxlayıb mağazadan badam alıb və həmin badamdan uşağa da verib:

"Bu zaman uşağın halı pisləşib. Onlar uşağı yolüstü Ucar Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Daha sonra uşağın halı daha da pisləşdiyindən onu Ağdaş Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Xəstəxanada həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb".

Qeyd edək ki, iki yaşlı uşaq evin tək uşağı olub.

Faktla bağlı araşdırma aparılır.

Ağdaşda 2 yaşlı uşaq nəfəs borusuna badam qırığı getməsi səbəbindən ölüb.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, 2023-cü il təvəllüdlü Kamran İsayev nəfəs borusuna badam qırığı getməsi səbəbindən Ağdaş Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Həkimlərin səylərinə baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: oxu.az

Seçilən
11
5
oxu.az

6Mənbələr