AZ

Binəqədidə içməli su yola axıdılır - ŞİKAYƏT

Bakı sakini "Facebook" platformasında Binəqədi rayonu "Motodrom" yaşayış massivində içməli suyun israfı ilə bağlı paylaşım edib. O bildirib ki, üç gündür içməli su yola axıdılır.

Vətəndaş qeyd edib ki, bununla bağlı aidiyyəti quruma müraciət edilsə də, reaksiya verilməyib.

Sözügedən görüntünü təqdim edirik:

Məsələ ilə bağlı Oxu.Az İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə (İŞBSTX) sorğu ünvanlayıb.

Qurumdan cavab olaraq bildirilib ki, qeyd olunan ünvanda su xəttində axıntı baş verib:

"Hazırda müvafiq rayon sukanal idarəsinin qəza briqadası ərazidədir. Axıntının qarşısının alınması və borunun bərpası istiqamətində işlər görülür".

Aləmdə Nəsib

Mənbə: oxu.az

Seçilən
20
1
oxu.az

2Mənbələr