AZ

Yanıq xəsarətləri alan Turanın anası: "Narkozdan sonra qıcolmaları yarandı, müalicə edə bilmirik"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Beş yaşlı Turanın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Almaz Əliyeva məlumat verib.
O bildirib ki, övladı iki il əvvəl üzərinə qaynar su aşıraraq ağır yanıq xəsarətləri alıb:
"Turan üç yaşı olanda üzərinə qaynar su aşıraraq ağır yanıq xəsarətləri alıb. Biz həmin zaman Bakıda yerləşən xəstəxanalardan birində iki aya yaxın müalicə aldıq. Bu müddət ərzində Turan üç dəfə dəriköçürmə əməliyyatı oldu. Narkozdan sonra Turanda dəhşətli qıcolmalar yarandı. Buna görə bir neçə dəfə müalicə alsaq da, övladımın yenidən müalicəyə ehtiyacı var".
Almaz Əliyeva övladının müalicəsi üçün 700 manata ehtiyacları olduğunu deyib:
"Biz Sabirabadda yaşayırıq, mənim Turandan başqa iki övladım da var. Turanın vəziyyətinə görə işləyə bilmirəm, yoldaşım isə rayonda fəhləlik edir. Bir neçə ay əvvəl sizin saytın izləyicilərinin dəstəyi ilə biz Bakıya gəlib müayinələrdən keçdik. Müalicə olduq. Turanın vəziyyəti nisbətən daha yaxşı oldu. İndi yenidən müayinəyə gəlməliyik. Bunun üçün isə heç bir maddi imkanımız yoxdur. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (050) 790-42-34.
Kapital Bank: 4169 7388 3530 7913.
Seçilən
27
43
oxu.az

10Mənbələr