Türkiyəli sosial media fenomeni Özlem Ərdoğan və həyat yoldaşı Mert Can Ərdoğan video çəkdirərkən ölümdən dönüblər.
Medianews.az xəbər verir ki, hadisə zamanı idarəetməni itirən avtomobilin onlara doğru gəlməsi böyük təhlükə yaradıb.
Ərdoğan cütlüyü və sürətlə gələn avtomobili görüb çətinliklə qaça biliblər.
Mert Can Ərdoğan avtomobilin dəydiyi səkinin yanında olan həyat yoldaşı və dostunu sürətlə kənara çəkərək həyatını xilas etməyə çalışıb.
Medianews.az