AZ

Avropa İttifaqı Cənubi Qafqazda yol tikir

Gürcüstan, Azərbaycan və Ermənistan sərhədləri boyunca uzanan avtomagistralın tikintisi yaxın aylarda başlanacaq. Bu barədə 24News.ge saytı xəbər verib. 
 
Şərq-Qərb avtomagistralı üzrə yol tikintisi üçün keçirilən tender artıq başa çatıb.

Rustavi-Çiteli Xidi və Algeti-Sadaxlı yollarının tikintisini nəzərdə tutulan layihə üzrə xərclər 2025ci ilin dövlət büdcəsinə daxil edilib. 
 
Uzunluğu 61,3 km olan dördzolaqlı avtomagistral tikinti işlərinə başlandıqdan sonra 30 ay ərzində mərhələli şəkildə istifadəyə veriləcək. 

Layihənin ümumi dəyəri 250 milyon avro təşkil edir və Avropa İnvestisiya Bankı tərəfindən maliyyələşdiriləcək.
 
Gülnar Nazimqızı

www.anews.az
Seçilən
8
anews.az

1Mənbələr