AZ

Fransa I rübdə Ukraynaya “Mirage” qırıcıları göndərəcək » AzadMedia.az


Fransa bu ilin I rübü ərzində Ukraynaya “Mirage” qırıcıları göndərəcək.

Bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro məlumat verib.

"Fransanın “Mirage” təyyarələri yaxın vaxtlarda Ukrayna səmasında olacaq. Bu, birinci rübün sonunda baş verəcək”, - nazir bildirib.

Barro münaqişə bitdikdən sonra Fransanın Ukraynaya hərbçilərini göndərib-göndərməyəcəyi ilə bağlı suala cavab verməyib. "Biz hərtərəfli iştiraka hazırlaşmalıyıq və burada Fransanı, Avropanı və müəyyən dərəcədə ABŞ-ni nəzərdə tuturam. Həmçinin, Ukraynada sülhə zəmanət verilməsini təmin etməliyik", - o deyib.
Seçilən
10
2
azadmedia.az

3Mənbələr