AZ

Sürücülük vəsiqəsini yeniləməyə getdi, qeydiyyatda ölü kimi göstərildi

ABŞ-də sürücülük vəsiqəsini yeniləmək üçün müraciət edən vətəndaşın sistemdə adı ölü kimi qeydiyyata alınıb.
 
AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, Nikol Paulino bu səhvin bütün həyatını alt-üst etdiyini bildirib.

Belə ki, Paulino Sosial Təminat İdarəsindən (SSA) onu vəfat etmiş vergi ödəyicisi kimi adlandıran məktub aldıqda öyrənib.

Dəfn evindən gələn bildiriş zamanı mərhumun Sosial Müdafiə nömrəsi əvəzinə Paulinonun nömrəsinin səhvən daxil edildiyi aşkarlanıb.
 
İdarənin bu səhvi yazı səhvi kimi tanınıb və düzəliş 14 yanvar edilib.
 
Bu səhv nəticəsində Paulino nəinki öz sağlamlıq ehtiyaclarını ödəməkdə çətinlik çəkib, həm də övladlarının sığortası ləğv edildiyi üçün artan maliyyə yükləri ilə üzləşib.
 
Qeyd edək ki, Sosial Müdafiə İdarəsi hər il aldığı milyonlarla ölüm xəbərinin yalnız 0,003%-nin düzəliş tələb etdiyini desə də, vəziyyət ABŞ-dəki digər oxşar hadisələri xatırladır.
  
Mikayıl
Seçilən
12
azxeber.com

1Mənbələr