Bakı. Trend:
Ermənistan dırnaqarası “Sülh kəsişməsi” layihəsini ortalığa atıbvə indi dünyada bir ölkə qalmayıb ki, o ölkəyə bu layihə təqdimedilməsin. Halbuki bu dırnaqarası layihənin Azərbaycansız ikiqəpiklik də qiyməti yoxdur.
Trend xəbər verir ki, bubarədə Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuşmüşavirədə bildirib.
“Əgər siz bu layihəni doğrudan da həyata keçirməkistəyirsinizsə, ilk növbədə, Azərbaycana müraciət etməlisiniz.Çünki bizsiz bu, sadəcə olaraq, kağız parçasıdır, bizim şərtlərimizisə ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və Ermənistanın özününgötürdüyü öhdəliklərinə əsaslanır”, - deyə dövlətimizin başçısıəlavə edib.