AZ

İstehlak bazarında xidmətlərin dəyəri 5 milyarddan çox artıb

Ötən il istehlak bazarında satılmış malların və göstərilmiş xidmətlərin ümumi dəyəri 77 milyard 462,7 milyon manat olub.

Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 4,9% və ya 5 milyard 11,9 milyon manat çoxdur. 2023-cü ildə bu göstərici 72 milyard 450,8 milyon manat təşkil edib.

Qeyd edək ki, ötən il istehlak bazarında satılmış malların və ya göstərilmiş xidmətlərin ümumi dəyəri dövlət mülkiyyəti üzrə 7,6%, qeyri-dövlət mülkiyyəti üzrə 4,8% artıb.

Sərvanə Rəmixanova

Seçilən
4
9
valyuta.az

10Mənbələr