Prokuror köməkçisi Mirdamət Əliyev, dövlət ittihamçıları Vaqif Əsədov və Azad Orucovun qulluq keçmələrinə xitam verilməsi ilə əlaqədar Baş Prokurorluğun inzibati binasında görüş keçirilib.
Baş Prokurorluqdan Milli.Az-a verilən xəbərə görə, onlara Baş prokuror tərəfindən verilmiş Fəxri fərmanlar təqdim edilib.
Tədbirdə, həmçinin, 70 illik yubileyinin tamam olması ilə əlaqədar prokurorluğun veteranı Fərman Rzayevə "Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)" Azərbaycan Respublikasının yubiley medalı təqdim edilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
![](https://news.milli.az/media/2025/01/28/1260218_(1).jpg)
![](https://news.milli.az/media/2025/01/28/1260218_(5).jpg)
![](https://news.milli.az/media/2025/01/28/1260218_(2).jpg)
![](https://news.milli.az/media/2025/01/28/1260218_(3).jpg)
![](https://news.milli.az/media/2025/01/28/1260218_(4).jpg)