Bakı. Trend:
Həm beynəlxalq müstəvidə, həm Ermənistanla ikitərəfli təmaslarəsnasında biz daim bir məsələni qeyd edirik ki, AzərbaycandanAzərbaycana maneəsiz keçid olmalıdır. Heç bir yoxlamadan keçmədən,heç bir maneə ilə üzləşmədən Azərbaycandan Azərbaycana rahat vəazad keçid olmalıdır. Bu, bizim tələbimizdir.
Trend xəbər verir ki, bufikirləri Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsrolunmuş müşavirədə səsləndirib.
Sovet hakimiyyətinin 1920-ci ildə Qərbi Zəngəzuru əlimizdənaldığını və Azərbaycan xalqına qarşı cinayət törətdiyini xatırladandövlətimizin başçısı, həmçinin qeyd edib: “Biz Zəngəzuruunutmamışıq və unutmayacağıq. Yenə də deyirəm, bizim Ermənistanaərazi iddiamız yoxdur. Ancaq Ermənistan öz üzərinə götürdüyüöhdəlikləri yerinə yetirərək Azərbaycandan Azərbaycana maneəsizkeçid verməlidir”.