AZ

Ağalar Qut


"Mənə nə düşüb ki, yalan deyəm? Onunla xal qazanıram? Bunu başa düşmürəm. Nə deyirlər, qoy desinlər..."

Bu sözləri Kulis.az-ın sualını cavablandıran Əməkdar artist Ağalar Bayramov deyib.
O, qeyd edib ki, jurnalist Turan Etibaroğlunun ittihamı əssassızdır:


"Deyir ki, Ağaların o vaxt Kubada olması yalandır. 1977-79-cu illərdə Mədəni-Maarif Texnikumunda oxuyurdum. Mən Ağsu rayonunun Rəhimli kəndində 10 gün ərzində 1 ton pambıq yığmışdım və komsomolun xətti ilə Kubaya göndərilmişdim. Daha dəqiqi, Havanaya. İkincisi, ola bilər ki, "Koçetkov" adını səhv demişəm, amma o təyyarədə rəhmətlik Rüfət Əhmədzadənin oğlu Zülfüqar Əhmədzadə də var idi. Mənə nə düşüb ki, yalan deyəm? Onunla xal qazanıram? Bunu başa düşmürəm. Nə deyirlər, qoy desinlər.

Əməkdar artistin sözlərinə görə bu, yaddaş xətasıdır. Vəfat edənlərin, zərərçəkənlərin sayını, müəllifin və şeirin adını, sadəcə, yanlış xatırlayıb:

"Bay, bay, bay, sözün ucundan tutub ucuzluğa getməyə bax... Əsas odur ki, mən dünyanı gəzmişəm. Təyyarədə ölənlərin sayına gəldikdə isə, ola bilsin, mənə səhv deyiblər, səhv xatırlayıram. İndi niyə tarixi qurdalayırlar? "Tüstü dolu vaqon haqqında ballada" - bu əsərin adını da səhvən demişəm. Ola bilər. Mən şou adamı deyiləm. Hamı səhv edə bilər!"

Seçilən
2
kulis.az

1Mənbələr