AZ

"Qarabağ"ın avrokubok matçının biletləri satışda

"Qarabağ" Avropa Liqasının əsas mərhələsində "Olimpiakos"a (İsveç) qarşı səfərdə keçirəcəkləri matçla əlaqədar azarkeşlərinə müraciət edib.

"Football-plus.az" xəbər verir ki, müraciətdə bildirilib ki, matçı "Stadio Georgios Karaiskakis" stadionunda izləmək və komandanı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər bu gündən etibarən "iTicket.az"da onlayn şəkildə satışa çıxarılacaq.

Azarkeşlər əldə etdikləri vauçerləri oyun günü saat 19.00-dan 21.00-a kimi "Stadio Georgios Karaiskakis" stadionunun 27-ci sektorunun qarşısına yaxınlaşaraq biletə dəyişməlidi. Biletlərin qiyməti 50 AZN-di.

Vauçerlər yalnız "iTicket.az"da satışda olacaq. Stadionda vauçerlərin və biletlərin satışı olmayacaq. Vauçerləri əldə edən şəxslər vauçerləri biletə dəyişərkən şəxsiyyətini təsdiq edən sənəd üzərində olmalıdı. Vauçeri əldə edən azarkeş şəxsi məlumatları şəxsiyyətini təsdiq edən sənəddə olduğu kimi doldurmalıdı.

Qeyd edək ki, “Olimpiakos" - “Qarabağ” oyunu yanvarın 30-u saat 00.00-da start götürəcək.

Seçilən
15
50
football-plus.az

10Mənbələr