AZ

Qüdrət Həsənquliyev – 60! - Əli Həziquliyevin təbrik məqaləsi

38 illik mübarizə, 35 illik siyasi fəaliyyət, 22 illik Parlament! Və 22 illik gənclik, tələbəlik, əsgərlik!
Bütün bunları 60 illik bir ömrə hər kişi yerləşdirə bilər, ammaŞƏRƏFLƏyerləşdirmək hər kişininişi deyil!

Ondan başlamayacam ki, mən Qüdrət Həsənquliyevi nə vaxtdan tanıyıram. Və onu da deməyəcəm ki, 1993-cü ildən bu günəcənnə fikirlərimiz, nə də YOLlarımız heç ayrılmadı! Heç onu da deməyəcəm ki, bu illər ərzində ayrı-ayri məkanlarda və ayrı-ayrı məqamlarda eyni amal uğrunda vuruşduq, mübarizə apardıq, dövləti qoruduq, müdafiəyə çəkildik, hücuma keçdik. Çünki bunları hamı edə bilərdivə edənlər də çoxdu. Onu deyəcəm ki, Qüdrət Həsənquliyev olduğu komandada da, yaratdığı komandada da Şərəflələ, Namusla, Vicdanla, Əxlaqla və ən əsası öz içi ilə etdi bunları! Ailədə valideyinlərindən, kənddə ağsaqqallarından, məktəbdəmüəllimlərindən aldığı tərbiyəylə nail oldu bütün bunlara! Təkcə bunlarlamı formalaşıb bu İnsan?! Əsla, Qüdrət bəyin bəxtinə Əbülfəz Elçibəylə bir komandada olmaq düşdüvə onunmilli, əxlaqi, humanistdəyərlərini özündə daşıyan sağlam həyata baxışı formalaşdı. Onun Heydər Əliyevin çətin, ağrılı-açılı kataklizm dolu hakimiyyəti dövründən həyata siyasi baxığları formalaşdı! Onun Məmməd Əmin Rəsulzadə irsinə sadiqliyi formalaşdı!

Və bu səbədəndir ki, Qüdrət Həsənquliyev bu gün namuslubir İNSAN, sağlam düşüncəyə malik siyasi xadim, dəyərli millət vəkili kimi cəmiyyətdə özünəməxsus yer tutur və kimsənin onun fəaliyyətinə zərrə qədər şübhəsi yoxdur!

Qüdrət Həsənquliyevin Dövlət, Vətən, Millət qarşısında xidmətləriçoxdur! Bu xidmətlər onuntəkcə keçmişmübarızələrinin təntənəsi deyil, eyni zamanda gələcək nəsillərə örnək olacaq əvəzsiz bir həyat məktəbidir!

Hörmətli Qüdrət Bəy!Hörmətli Sədrim! Dəyərli millət vəkilim!

Seçilən
3
10
aznews.az

10Mənbələr