AZ

Özbəkistan millisinin yarımmüdafiəçisi "Sabah"da - RƏSMİ

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, özbəkistanlı futbolçu Umarali Raxmonaliyevin keçidi ilə bağlı Rusiyanın “Rubin” (Kazan) klubu ilə razılıq əldə edilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Müqaviləyə əsasən, Raxmonaliyev icarə əsasında "Sabah"ın uğurları üçün çalışacaq. İcarə müqaviləsinin müddəti 1 ildir.

Umarali karyerası ərzində “Rubin”dən başqa Özbəkistanın “Bunyodkor” komandasında da çıxış edib. 21 yaşlı yarımmüdafiəçi Özbəkistanın U-23 millisinin üzvüdür. O, yığmada 16 oyun keçirib, 3 qol vurub.

saytlarin hazirlanmasi

Seçilən
9
5
sportal.az

10Mənbələr