AZ

Karate Federasiyasının prezidenti: İctimai birlikləri bizimlə çalışmağa, yükümüzü bölüşməyə dəvət edirik

Bakı, 28 yanvar, AZƏRTAC

İctimai birlikləri bizimlə çalışmağa, yükümüzü bölüşməyə dəvət edirik. Onlarla birlikdə işləməyə, kimliyindən və idman nəticəsindən asılı olmayaraq, hər tərəfli əməkdaşlıq etməyə hazırıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Karate Federasiyasının (AKF) prezidenti Ülvi Quliyev jurnalistlərə açıqlamasında deyib.

O, AKF-nin bu gün keçiriləcək İdarə Heyətinin iclasında təşkilati məsələlərə baxılmayacağını bildirib: “Əvvəllər 18-ə yaxın karete federasiyası mövcud olub. İndi isə yalnız AKF-dir. Hazırda 18 birlik federasiyanın nəznində fəaliyyət göstərir. Ona görə də maddi və mənəvi baxımdan çətinliklər çoxdur”.

Bu gün start götürən Vətən müharibəsi şəhidi Elzar Yusubovun xatirəsinə həsr olunmuş karate turnirindən də söz açan federasiya rəhbəri yarışda 300-ə yaxın idmançının iştirak etdiyini söyləyib: “Elzar Yusubov 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda döyüşüb. Hər bir şəhidimiz bizim qəhrəmanımızdır. Şəhidlər hər zaman qürur mənbəyimiz, fədakarlıq simvolumuzdur. Biz həmişə çalışırıq ki, şəhidlərimizin adını uca tutaq və əbədiləşdirək, onların əziz xatirəsinə həsr olunmuş yarışlar keçirək. Bu gün burada şəhidimizin adını ehtiramla anaraq gələcək nəsillərə bu estafeti ötürmək istəyirik ”.

Seçilən
11
azertag.az

1Mənbələr