AZ

Beynəlxalq Türk Dövlətləri Universiteti YARADILIR

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevon qərarına əsasən, Daşkənddə Beynəlxalq Türk Dövlətləri Universiteti yaradılacaq.

Modern.az-ın xəbərinə görə, bu barədə Özbəkistan mətbuatı məlumat yayıb.

Universitet qeyri-hökumət ali təhsil təşkilatıdır və öz fəaliyyətini Özbəkistanın təhsil sahəsində qanunvericiliyi əsasında həyata keçirir.

Ali təhsil müəssisəsi Türkiyənin aparıcı universitetləri ilə əməkdaşlıq edəcək.

Əsasən mühəndislik, tikinti, logistika, informasiya texnologiyaları və proqramlaşdırma, səhiyyə, kənd təsərrüfatı, qida sənayesi və iqtisadi və sosial sahələr üzrə beynəlxalq standartlara uyğun tədris proqramı hazırlanacaq.

Universitetdə tələbələrin təhsili ödənişli-kontrakt əsasında həyata keçirilir və qəbulun parametrləri və ödənişli-kontraktın məbləği Universitet tərəfindən müəyyən edilir. Universitetin fəaliyyətinin yaradılması və əlaqələndirilməsi üçün idarə heyəti yaradılacaq.

Seçilən
16
1
modern.az

1Mənbələr