AZ

"Rusiya Azərbaycanı özünün müstəmləkəsi hesab edir" - AÇIQLAMA

"Rusiya Azərbaycanı özünün müstəmləkəsi hesab edir" - AÇIQLAMAAzərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya XİN-ə dəvət edilib. Bu barədə Rusiya XİN məlumat yayıb.

Məlumata görə, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Rəhman Mustafayevlə görüşündə Azərbaycan mətbuatında gedən yazılarda Rusiyaya qarşı irəli sürülən ittihamların əsassız olduğunu deyib.

Sonxeber.az - a danışan politoloq Turan Rzayev məsələni belə şərh edib:

"Azərbaycan və Rusiya arasındakı gərginliyin təməl səbəbi Rusiyanın Azərbaycana məxsus Azal təyyarəsini ehtiyyatsızlıqdan və yaxud da hər hansı səbəbdən vurması və bunun fonunda baş verən qəzadır. İş orasındadır ki, bu ehtiyyatsızlıqdan baş versə belə, Rusiya bunu səmimi şəkildə etiraf edə bilərdi. Biz də bunu hardasa anlayışla qarşılaya bilərdik. Amma Rusiya məsələni ört-basdır etməyə çalışdı. Bu da istənilən halda Azərbaycanın qəzəbinə səbəb oldu. Çünki, biz içərisində olmadığımız bir müharibəyə görə vətəndaşlarımızı itirdik və məsələyə səssiz qala bilməzdik. O ki qaldı, mediada gedən yazılara, burda heç bir əsassız yazı olmayıb. Ümumiyyətlə Azərbaycanlı ekspertlər, mən də daxil olmaqla Rusiyanın bu məsələdə günahkar olduğunu açıq şəkildə bildiririk. Rusiya tərəfi təkcə üzr istəməli deyil, həm də yaralılara və həyatını itirənlərə təzminat ödəməli, məsələ ilə bağlı açıq bəyənnat verməlidir. Rusiya Azərbaycanla Moskva bəyənnaməsinə əsasən müttəfiqdir. Bu müttəfiqlik münasibətlərini əsas gətirərək Azərbaycanın tələblərini yerinə yetirməsində eyib birşey yoxdur. Əslində məsələ odur ki, Rusiya özünü hələ də böyük dövlət hesab edir və Azərbaycanı özünün müstəmləkəsi sayır. Amma reallıq başqadır. Azərbaycan suveren ölkədir, heç bir ölkənin də sözünün altında qalacaq deyil. Bütün cavablar verilir, həm də ən üst səviyyədə. Bu baxımdan Mixail Qaluzinin Rəhman Mustafayevlə görüşdə Azərbaycanla bağlı dediyi sözlər əsassızdır. Mətbuatımızda gedən yazılar obyektiv və əsaslıdır. Rusiya tərəfini narahat edən məsələ etdiyi yanlışlardır. Qara qutular açılacaq və məsələyə aydınlıq gətiriləcək. Rusiyanın bu işdən qaçışı yoxdur. Onlar Azərbaycanın tələbini yerinə yetirməlidirlər".

Çiçək Sadatova

Seçilən
14
sonxeber.az

1Mənbələr