AZ

Erməni deputat: “Hakimiyyətin yeganə məqsədi ordunun bərpa olunmasının qarşısını almaqdır”

“Ermənistan hakimiyyətinin yeganə məqsədi ordunun bərpa olunmasının qarşısını almaqdır”.

Herbiand.az erməni mətbuatına istinadən bildirir ki, bunu yanvarın 28-də jurnalistlərlə söhbətində Ermənistan parlamentinin müxalifətçi deputatı Anna Mkrtçyan bildirib.

O, erməni xalqının və ordusunun yeganə problemi kimi indiki hakimiyyətin adını çəkib. Deputatın sözlərinə görə, ordunun öz ləyaqətini bərpa etməsinə imkan verilməyəcək, çünki onlar bundan qorxurlar: “Bu gün bizim gün deyil, satqın Nikolun günüdür. O, hər dəfə bir qrup cinayətkarla birlikdə qalib yürüşümüzü kəsə bildiyini göstərməyə çalışır. Onlar hər il bura hamımızı ələ salmaq, insanların canlarını əsirgəmədikləri hər şeydən məhrum etdiklərini göstərmək üçün gəlirlər”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
28
16
herbiand.az

10Mənbələr