Çinin süni intellektlə işləyən “DeepSeek” startapı ABŞ fond bazarını alt-üst edib.

İndex.az xəbər verir ki, yeni startap ABŞ-da  bir çox tanınmış milyarderin sərvətinə böyük zərbə vurub.

Ən çox zərbə alanlardan biri “Nvidia” şirkəti olub.

Belə ki, “Nvidia” səhmləri 17% ucuzlaşaraq 589 milyard dollar dəyər itirib.

“Nvidia”nın baş direktoru və ən böyük fərdi səhmdarı Censen Huanqın sərvəti isə 20,1 milyard dollar azalıb.