AZ

Azərbaycan və Türkiyə Ermənistanın "Sülh kəsişməsi" layihəsini qəbul etməyəcək



Prezident İlham Əliyev Nəqliyyat müşavirəsində Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistana növbəti xəbərdarlıq etdi. Həmçinin Ermənistanın "Sülh kəsişməsi" layihəsini Azərbaycansız beş qəpiklik olduğunu vurğuladi. Həqiqətən də Ermənistanin "Sülh kəsişməsi " layihəsinin Azərbaycansız reallaşması mümkün deyil. Azərbaycan yoxdursa, bu dörd il ərzində niyə "Sülh kəsişməsi " layihəsi reallaşmir?!
N. Paşinyanın bu layihəsini müxtəlif dinləyir, amma real baxmırlar. Çünki, Ermənistan nə qədər Azərbaycanla razılığa gəlməyəcəksə, belə bir layihəsi baş tutmayacaq.
Türkiyə "Zəngəzur" dəhlizinin açılması üçün Ermənistanla danışıqlar aparır. Suriyada Türkiyənin MİT rəhbəri İ. Kalın Ermənistan XİN müavini ilə görüşərək, Zəngəzur dəhlizinin açılması ilə bağlı təkliflər verib. Prezident İlham Əliyev də Ermənistana müxtəlif kanallar vasitəsilə Yerevana Zəngəzur dəhlizinin açılması ilə bağlı təkliflər və xəbərdarlıqlar edir. Hələki, N. Paşinyan bununla bağlı obyektiv mövqe ortaya qoymayıb.
Azərbaycan, nə də Türkiyə Ermənistanın "Sülh kəsişməsi" layihəsini qəbul etməyəcək. Azərbaycan Naxçıvanla birləşəcək İran ərazisindən yolu inşa edir. Bu yol işə düşdükdən sonra, Ermənistan rəhbərliyi "Zəngəzur" dəhlizinin açılmasına razı olacaq. İtirən tərəf məhz Ermənistan olacaq.
Məhəmməd Əsədullazadə
Seçilən
8
2
newscenter.az

3Mənbələr