AZ

Xaçatryanın cinayət işi məhkəməyə göndərildi

Erməni general-leytenant Tiran Xaçatryanın işi üzrə ibtidai istintaq başa çatıb və ittiham aktı məhkəməyə göndərilib.

Erməni mediasına istinadən xəbər verilir ki, bu barədə onun vəkilləri Armen Andrikyan və Varazdat Arutyunyan məlumat yayıb.

Qeyd edək ki, Tiran Xaçatryan Qarabağ savaşlarının iştirakçısı sayılır. O, yanvarın 4-də həbs edilib. Tiran Xaçatryan II Qarabağ savaşında səhlənkarlığa yol verməkdə ittiham olunur.

Maraqlıdır ki, o, 2020-ci ilin oktyabrın 22-də “Ermənistanın milli qəhrəmanı” adına layiq görülüb.

Mənbə: musavat.com

Seçilən
11
50
musavat.com

10Mənbələr