İslam Mahaçev yeni açıqlamaları ilə gündəmə gəlib.
Offsideplus.az xəbər verir ki, UFC döyüşçüsü İlia Topuria bir müddət əvvəl İslama asanlıqla qalib gələ biləcəyini demişdi. Maxaçevinsə buna cavabı gecikməyib. Dağıstanlı döyüşçü cavab olaraq bunları deyib: "İlia Topuria məni bitirə biləcəyini deyir? Olsun. Dəfələrlə demişəm, çəkini verin, müqaviləni göndərin. Sözdə hamı məni 1-ci və ya 2-ci raundda bitirir. Buyurun meydana gəlin, orda baxarıq kim kimi bitirəcək".