AZ

İsti yerini soyuq elədi...

İsti yerini soyuq elədi...

Bu sözləri Cavid Hüseynov "TuranTovuz"u tərk edib, "Səbail"ə pənah gətirəndə çox eşidirdik.

Elə mən də həmin fikirdə idim.

Qışa fasiləsinə kimi olan 5 matç da gözləntilərimizi qarşıladı.

Hüseynovun rəhbərliyi altında "dənizçilər" yalnız 1 bərabərlik əldə edə bildi.

5 matçda rəqib qapısına 1 qol vura bilməmək isə daha betər dərd kimi görünürdü.

Amma 1 aylıq fasilə gənc mütəxəssis üçün yetərli oldu ki, kollektivi bu cür bataqlıqdan, dərd-bəladan xilas etsin.

İndi qarşımızda tam başqa "Səbail" var.

"6 xallıq" oyun kimi qiymətləndirilən 2 görüşdə qələbə qazanan, qol buraxmayan və əvəzində 3 dəfə bu sevinci yaşayan "Səbail".

Hələ boşa verilən çox sayda real qol fürsətlərini demirəm. Bayıl təmsilçisi təkcə sonuncu pillədən qurulmayıb, həm də üst pillələrə bir xeyli yaxınlaşıb.

Demək ki, Cavid Hüseynov "soyuq yuva"da isti ocaq qalaya bilib.

Qalır o istini sönməyə qoymamaq.

Bunu da bacarsa, mövsümün sonu şəninə bir xeyli alqış eşidə bilər.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
6
sportinfo.az

1Mənbələr