AZ

İspaniyada turist çoxluğuna görə etiraz aksiyaları başlayıb

İspaniya əhalisi turistlərin sayının çox olmasına (overturizm) görə kütləvi etirazlara başlayıb.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, yerli sakinləri narazı salan əsas məsələlər turistlərin onların həyatlarını acınacaqlı vəziyyətə salması, kirayə qiymətlərinin artımına səbəb olmaları, böyük xərcləri ilə inflyasiyanı gücləndirmələri, su qıtlığı yaratmaları və küçələrdə iğtişaşlar törətmələridir. Bunun fonunda yerli hakimiyyət orqanları overturizmlə mübarizə üçün müxtəlif tədbirlər həyata keçirir. Məsələn, 2024-cü il dekabrın 2-dən İspaniya turistlərin qeydiyyata alınması qaydalarını, xüsusən də otel ərazilərinə giriş zamanı sənədləşdirmələri ciddi şəkildə sərtləşdirib. Bu arada, bəzi məşhur yerlərdə qısamüddətli kirayə müqavilələrinə məhdudiyyətlər də qoyulub. 

 

Qeyd edək ki, İspaniya dünyanın ən böyük turizm regionlarından biridir. Keçən il bu ölkə 94 milyon turisti qəbul edib. Turizm İspaniya iqtisadiyyatına böyük fayda gətirir. Ümumi daxili məhsulun (ÜDM) 12 faizi turizmin hesabına formalaşır. Məhz buna görədir ki, bütün problemlərə baxmayaraq, İspaniya hələ də turizmə həyati bir iqtisadi sektor kimi baxır, lakin indi iqtisadi faydaları vətəndaşlarının ehtiyacları ilə balanslaşdırmağa çalışır. 

 

Ekspertlər hesab edir ki, İspaniyanın yerli və mərkəzi hakimiyyətləri əhalinin narazılığını nəzərə alaraq bəzi bölgələrdə turizmə müəyyən məhdudiyyətlər tətbiq edə, qaydaları daha da sərtləşdirə bilərlər. 

 

Vasif
 

Seçilən
18
sfera.az

1Mənbələr