AZ

Qeyri-həyat sığortası ödənişləri 6,6 faiz azaldı

Qeyri-həyat sığortası üzrə ödənişlər ötən il azalıb.

Teleqraf.com Mərkəzi Banka istinadən xəbər verir ki, 2024-cü ildə qeyri-həyat sığortası üzrə 269,4 milyon manat sığorta ödənişi edilib.

Bu, 2023-cü illə müqayisədə 6,6 faiz azdır.

İl ərzində könüllü sığortalar üzrə 135,5 milyon manat, icbari sığortalar üzrə isə 133,9 milyon manat ödəniş edilib.


Müəllif: Bəkir Nərimanoğlu
Seçilən
9
teleqraf.com

1Mənbələr