2024-cü il ərzində ölkənin sığorta bazarı üzrə 1,353 milyard manat sığorta haqları yığılıb ki, bu da 2023-cü ilin göstəricisini 10,7 faiz üstələyir.
Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, ötən il ərzində sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin məbləği 2023-cü ilə nisbətdə 28,1 faiz artaraq 752,7 milyon manat təşkil edib.