Bakıda qayda pozan avtobus sürücüsü qəza təhlükəsi yaradıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə yanvarın 24-də saat 20:56 radələrində Cəfər Xəndan küçəsiylə Azadlıq prospektinin kəsişməsində qeydə alınıb. Yolayırıcına daxil olan “BakuBus” MMC-yə məxsus 88 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrinə yol vermədən sola dönüb. Bu zaman o, qarşıdan gələn maşına qəza şəraiti yaradıb.
Xatırladaq ki, “Yol hərəkəti haqqında” qanunun 76-cı maddəsinin 1-ci hissəsinə əsasən, sürücü svetoforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməlidir.
Nərmin