AZ

Yeddi yaşlı azərbaycanlı Fransanın məşhur KLUBUNDA

Daha öncə İspaniya nəhəngi "Real Madrid"lə adı hallanan Telman Əlizadə Fransanın "Nant" klubu ilə müqavilə imzalayıb.

XəzərNews.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında yeddi yaşlı futbolçu Telman Əlizadənin atası Cavad Əlizadə deyib.

"Real Madrid" klubu Telmanla müqavilə imzalamaq üçün iyun ayına kimi gözləməyimizi istədi. O, "Nant" klubunun da seçmələrinə qatıldıqdan sonra klub Telmanla müqavilə imzalamaq istədi. Telman artıq sentyabr ayından etibarən "Nant" forması ilə çıxış edəcək. Hazırda klub futbolçu transfer edə bilmədiyi üçün Telman "USSA Vertu" klubunda oyunlara çıxacaq və məşqlərini davam etdirəcək".

Xəbər 4 dəfə oxunub.
Seçilən
1
2
xezernews.az

4Mənbələr