AZ

XİN adından təyyarə qəzası ilə bağlı saxta məlumatlar yayılır - Fotolar

Azərbaycan Xarici İşlər Nazirliyi adından “Azərbaycan Hava Yollarına” məxsus sərnişin təyyarəsinin ötən il dekabrın 25-də Aktauda qəzaya uğraması ilə bağlı saxta məlumatlar yayılıb. 

Paralel.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan həmin məlumatlar XİN-in adından paylaşılıb. 

İnformasiyalarda XİN-in mətbuat xidməti adından iddia edilir ki, qəza ilə bağlı araşdırmanın ilkin nəticələri guya hava gəmisinin quşlarla toqquşmasını təsdiq edir. 

Bununla yanaşı, feyk məlumatda Azərbaycanın guya yalan məlumatların yayılmasına görə Rusiyadan üzr istədiyi də yazılıb. 

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Paralel.az -ın sorğusuna cavab olaraq yazılanların həqiqəti əks etdirmədiyini deyib və insanları bu cür məlumatlara etibar etməməyə çağırıb.

Billurə

Seçilən
3
50
paralel.az

10Mənbələr