Dmitri Klimenkov Ukrayna müdafiə nazirinin müavini vəzifəsindən azad edilib.
Yenisabah.az xəbər verir ki, bu qərar Nazirlər Kabinetinin yanvarın 28-də keçirilən iclasında qəbul edilib.
Klimenkov bu vəzifəyə 2023-cü ilin oktyabrında təyin edilib və ordu üçün satınalma məsələlərinə nəzarət edib.
Müdafiə naziri Rustem Umerov bundan əvvəl Klimenkovu və Müdafiə Təchizatları Agentliyinin direktoru Marina Bezrukovanı işlərini layiqincə yerinə yetirməməkdə təqsirləndirmişdi.
Telegram kanalımız