"Ordu"nun basketbolçusu Rüstəm Əliyev Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Gəncə"yə qarşı keçirəcəkləri oyunla bağlı klubun mətbuat xidmətinə açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, kapitan sabahkı görüşdə meydana yalnız qələbə üçün çıxacaqlarını deyib:
“Şəki”yə məğlubiyyətdən sonra komanda özünə gəlməyə çalışacaq. Zədələndikdən sonra iki oyunu buraxmışam. Məşqçiyə bildirdim ki, lazım gəlsə, 10-12 dəqiqə meydanda ola bilərəm. Bu matç bazar günü “Gəncə” ilə Bakıda keçirəcəyimiz görüş öncəsi ciddi bir hazırlıqdır. Kubokda da yolumuza davam etmək niyyətindəyik. İnanıram ki, hər iki qarşılaşmada istədiyimizə nail ola biləcəyik”.
Qeyd edək ki, "Gəncə" - "Ordu" görüşü yanvarın 29-da, saat 14:00-da start götürəcək.