AZ

Bu şəxslər Amerikadan deportasiya olunur

Tramp administrasiyası ABŞ-də qeyri-qanuni olaraq yaşayan məhkumluğu olan yüzlərlə miqrantı deportasiya etməyə başlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Donald Trampın “sərhəd çarı” kimi təqdim etdiyi, sərhəd təhlükəsizliyindən məsul olan Tom Homan İmmiqrasiya və Gömrük Mühafizəsi Departamentinin direktoru, bazar günü ABC telekanalının "Bu həftə" proqramında prioritetin ictimai təhlükəsizliyə və milli təhlükəsizliyə qarşı təhdidlərlə mübarizə olduğunu söyləyib.

"Hazırda biz daha kiçik bir əhaliyə diqqət yetiririk. Lakin zaman keçdikcə ölkə daxilində daha çox həbslər olacaq" deyə Homan bildirib.

Çərşənbə axşamı qərarı İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) və Gömrük və Sərhəd Mühafizəsi əməkdaşlarının immiqrantları kilsə, məktəblər və xəstəxanalar kimi əvvəllər toxunulmaz yerlərdə saxlamasına qoyulan məhdudiyyətləri aradan qaldırıb.

Homan vurğulayıb ki, bu cür həbslər ayrı-ayrılıqda qiymətləndiriləcək.

"ICE zabitləri milli təhlükəsizlik təhdidinin və ya ictimai təhlükəsizliyə təhdid olub-olmadığına qərar verə bilməlidirlər" deyən Homan, bu mülahizənin zabitlərə buraxılması lazım olduğunu müdafiə edib.

Seçilən
26
cebheinfo.az

1Mənbələr