28 yanvar 2025-ci il tarixində Bakı Fond Birjasında (BFB) BOKT "İnternational" ASC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə Qəbula İcazə” qərarı verilmişdir.
Bu barədə BFB məlumat yayıb.
İstiqrazlar üzrə məlumatlar aşağıdakı kimidir:
Emitentin adı: BOKT "İnternational" ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2028021023 / AZ2027021024, AZ2026021025 / AZ2025021026:
İstiqrazların növü və forması: Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar:
Ticarət üsulu/forması: Kütləvi / Rəqabətli:
İstiqrazların sayı: 1000 (ədəd) (hər bir İSİN kod üçün 250 ədəd olmaqla)
İlkin ticarət qiyməti: 1000 manat
Buraxılış həcmi: 1 000 000 manat (hər bir İSİN kod üçün 250 000 manat olmaqla)
İllik gəlirlilik faizi: 15%
Ödəmə Periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə hər 3 (üç) aydan bir (ayda günlərin sayı 30 (otuz) götürməklə)
Tədavül müddəti: 2 il
Ticarətə buraxılma tarixi: Emitent tərəfindən bildiriləcək
Anderrayter: “PAŞA Kapital İ.Ş.” QSC