AZ

"Tesla" Aİ-yə qarşı iddia qaldırıb

"Tesla" Brüsselin Çindən idxal olunan elektrik avtomobillərinə tariflər tətbiq etməsinə görə Avropa İttifaqına (Aİ) qarşı iddia qaldırıb.

Fins.az xəbər verir ki, bu barədə "Financial Times" Avropa Məhkəməsinin sənədlərinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, 2024-cü ildə Aİ-də satılan bütün elektrik avtomobillərinin təxminən beşdə biri (təxminən 300 min) Çində yığılıb.

Çin istehsalı olan elektrik avtomobillərinə 35.3%-ə qədər rüsum ötən ilin oktyabrında Aİ tərəfindən tətbiq edilib.

Əvvəllər oxşar iddialar Almaniyanın "BMW AG" və Çin avtomobil istehsalçıları "BYD Co.", "Geely Automobile Holdings Ltd" və "SAIC Motor Corp." tərəfindən qaldırılmışdı.

Seçilən
3
2
fins.az

6Mənbələr