AZ

Baxçalı onlardan danışarkən göz yaşlarına hakim ola bilmədi

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı Böyük Millət Məclisində keçirdiyi iclasda Kartalkayada baş verən yanğın faciəsində həyatını itirənləri anıb.

Publika.az xəbər verir ki, faciəyə görə məsuliyyət daşıyanların məhkəmə qarşısında cavab verəcəklərini deyən Baxçalı ölən uşaqları xatırlayaraq göz yaşlarına hakim ola bilməyib.

"8 ailənin yox olmasına görə kim məsuliyyət daşıyır? 36 övladımız dünyasını dəyişib, kimin gündəmindədir bu? Onlar soyuq torpağın qoynundadırlar. Allah xatirinə, biri mənə desin, bu dəyərsiz müzakirə burulğanında nəsə başa düşən varmı? Biz hansı məqamda insani dəyərlərdən bu qədər uzaqlaşmışıq? Hansı məqamda siyasi ambisiyaların əsirinə çevrildik? Yarısı uşaqlardan ibarət olan 78 vətən övladının hesabını kimlər ödəyəcək?”, - deyə Baxçalı bildirib.

Roza

Seçilən
14
publika.az

1Mənbələr