AZ

İranın yeni silah

Hurriyyet.az xəbər verir ki, İranın quru qoşunlarının təlimi zamanı ilk dəfə yüksək dəqiqlikli lazer bombaları nümayiş etdirilib.

Bu barədə SNN agentliyi məlumat verib: "İran Ordusunun quru qoşunları bu təlimlərdə ilk dəfə olaraq yüksək dəqiqliyə və hədəfi müəyyənləşdirmə qabiliyyətinə, eləcə də, böyük dağıdıcı gücə malik lazer bombaları sistemini nümayiş etdirib. Sistem müxtəlif atmosfer və coğrafiya şəraitlərində uğurla istifadə edilə bilər”.

"Nournews" agentliyinin dünən verdiyi məlumatda İslam İnqilabı Keşikçiləri Korpusunun cəbbəxanasına "Qaza" adlanan yeni ağır PUA daxil olduğu bildirilmişdi. Məlumata görə, yeni PUA 8 bomba daşıya, 35 saat havada qala və 25 növ müxtəlif tapşırıqları yerinə yetirə bilir. Xəbərdə yeni dronun 4 min kilometrə qədər məsafə qət edə biləcəyi deyilir.

Hürr Tərcüman

Seçilən
13
4
hurriyyet.az

4Mənbələr