Xəbər verildiyi kimi, Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində xəndəklər qazmaqda davam edir.
Bəs bu addımda ermənilərin məqsədi nədir? Yeni müharibəyə hazırlaşırlar?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bildirdi ki, Ermənistan ordusunun xəndək qazması ilə bağlı narahatlığa əsas yoxdur:
"Çünki Ermənistan ordusu 44 günlük müharibədə göstərdi ki, onların hazırlıqları çox zəifdir. İndi də bizim gözümüzün qarşısında xəndəkləri qazıb xof yaratmağa çalışırlar ki, nəyəsə hazırlaşırlar. Xəndəkləri qazmaqla məşq edirlər, öz əsgərlərini hazırlayırlar. Əlbəttə ki, onlar gələcək üçün öz ordusunu müharibəyə hazırlayır. Bu 3 və ya 5 ildən sonra olacaq. Çünki hazırlıqsız ordu ilə gəlib heç nə edə bilməzlər, onlar onsuz da darmadağın olublar".
Polkovnik Xocalı canisi Seyran Ohanyannın bu gün verdiyi "biz gücümüzü göstərəciyik, siz görəcəksiniz” açıqlamasına da cavab verdi:
"Ona demək lazımdır ki, sən hələ Xocalıya görə cavab verəcəksən. Oturub Ermənistanda, Azərbaycanı hədələyir. Belə gücü var idisə gəlmişdi Şuşaya, nəsə edərdi”.
Üzeyir Cəfərovun sözlərinə görə, hər bir ordunun öz borcudur ki, müharbəyə hazırlaşsın.
"Azərbaycan ordusu da öz ərazisində hər gün təlimlər keçirir, təyyarələr qaldırır. Bu, döyüş hazırlığıdır. Ermənistan Azərbaycanın imkanlarını çox gözəl bilir, Kəlbəcəri bir güllə atmadan Azərbaycana təhvil veriblər. Mənim şəxsən bu məsələ ilə bağlı bir narahatlığım yoxdur. Darmadağın olmuş bir ordu təbii ki, silah almalıdır, ordusunu normal bir vəziyyətə gətirməlidir. Mənim Azərbaycan ordusuna görə, eləcə də dövlət sərhət xidmətinin əsgərlərinə görə bir narahatlığım yoxdur. Onlar öz vəzifə borclarını yerinə yetirirlər”, - deyə hərbi ekspert vurğuladı.
BƏNÖVŞƏ