"Quba" basketbol komandasının baş məşqçisi Şəhriyar Əsgərov klubun mətbuat xidmətinə açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, o, Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Abşeron"a qarşı bu gün keçirəcəkləri oyun ilə bağlı fikirlərini bölüşüb:
"Bu, fərqli turnirdir. Matça yaxşı hazırlaşmışıq. Bu mərhələ bir qarşılaşmadan ibarətdir. Bir qarşılaşma kifayətlənmək istəmirik. Məncə, şansımız da az deyil. Çünki burada "3+2" sistemi oynanılır. Fikrət Ələkbərov öz oyununu tapır, Zaur Paşayev artıq tam sağalıb. Bunlar bizim üçün üstünlük ola bilər".
Əsgərov rəqibi təhlil etdiklərini deyib:
"Düzdür, “Abşeron”un yerli oyunçuları pis deyil. Rəqib çox güclü komandadır. Heyətində çox yaxşı əcnəbi oyunçular da yer alıb, onları izləmişəm. Ancaq qələbə haqqında düşünürük. Alınsa, çox sevinərik".
Qeyd edək ki, "Abşeron" - "Quba" görüşü bu gün, saat 19:00-da start götürəcək.