AZ

Əfqanıstanın din xadimləri qızların təhsilə cəlb olunması ilə bağlı çağırış ediblər

Əfqanıstanın din alimləri Kabildə keçirilən elmi seminarda ölkəni idarə edən şəxslərə müraciət edərək inklüziv hökumət yaratmağa və qızlar üçün məktəblər açmağa çağırıb...

Oxu.Az xəbər verir ki, bu barədə "Tolo news" agentliyi məlumat yayıb.

Seminarda çıxış edən Əfqanıstanın nüfuzlu din xadimi Əbdülqadir Kanat islam cəmiyyətinin ehtiyac duyduğu biliklərə yiyələnmənin müsəlmanların vəzifəsi olduğunu vurğulayıb.

O, xüsusən ginekoloq və digər tibb sahələrində qadınların təhsil almasının zəruriliyini diqqətə çatdırıb.

Din xadimləri, həmçinin əfqan qadınlarını cəmiyyətdə baş verən qanun pozuntularına biganə qalmamağa, öz hüquqlarını müdafiə etməyə, islami dəyərlər və inancları uğrunda mübarizə səsləyiblər.

Poliqon.info

 

Seçilən
6
poliqon.info

1Mənbələr