"Sabah" heyətinə yeni cəlb etdiyi Umarali Rahmonaliyev transferinin detallarını açıqlayıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Özbəkistanlı futbolçu Rusiyanın "Rubin" klubundan icarə əsasında "Sabah"a keçib. İcarə müqaviləsinin müddəti 1 ildir.
Umarali karyerası ərzində “Rubin”dən başqa Özbəkistanın “Bunyodkor” komandasında da çıxış edib. 21 yaşlı yarımmüdafiəçi Özbəkistanın U-23 millisinin üzvüdür. O, yığmada 16 oyun keçirib, 3 qol vurub.