AZ

Qazaxıstanda təyyarə quşlarla toqquşdu


“Uralsk hava limanında təyyarə quş sürüsü ilə toqquşub, lakin havaya qalxaraq Astana istiqamətində yoluna davam edib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Air Astana”nın Mətbuat Xidməti məlumat yayıb.
“Uralsk-Astana marşrutu üzrə FS 7366 saylı “FlyArystan” reysi ilə uçuş zamanı Uralsk hava limanında quş sürüsü ilə toqquşma baş verib. Təyyarə sistemlərinin və mühərriklərinin işində problem olmadığı üçün ekipaj uçuşu davam etdirib və normal rejimdə Astana hava limanına eniş edib”, - məlumatda deyilir.
Qeyd olunur ki, artıq təyinat məntəqəsində təyyarəyə çoxsaylı zədələr, o cümlədən mühərrikin içərisində quş qalıqları aşkar edilib:
Seçilən
17
5
yeniavaz.com

3Mənbələr