“Monpelye”nin hücumçusu Akor Adams Sevilyaya köçub.
Futbolpress.az xəbər verir ki, Nigeriyalı futbolçu şəhərin eyniadlı klubu ilə 2029-cu ilə qədər müqavilə imzalayıb.
24 yaşlı forvard bu mövsüm Fransa təmsilçisinin heyətində bütün turnirlərdə 16 oyun keçirib, 3 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.