AZ

İran ilk dəfə iki növ PUA-nın qrup uçuşunu uğurla sınaqdan keçirib

İran ordusu təlimlər zamanı iki növ pilotsuz uçuş aparatının (PUA) qrup uçuşunu uğurla sınaqdan keçirib.

Adalet.az xəbər verir ki, bu barədə SNN agentliyi quru qoşunları komandanının müavini, briqada generalı Kərim Çeşaka istinadən məlumat yayıb.

"Ordunun quru qoşunlarının ölkənin qərb bölgəsində keçirilən təlimləri zamanı 1500 kilometrdən artıq məsafəyə malik pilotsuz komplekslərin ilk kütləvi uçuşu həyata keçirilib, həmçinin dəqiq hədəfə alma, aşkar və məhv etmə imkanına malik ilk lazer bomba sistemi nümayiş etdirilib", - o bildirib.

Generalın sözlərinə görə, sınaqlar zamanı "Kaem", "Dastevara" və "Arman" bombaları ilə təchiz olunmuş "Mohajer" və "Ababil" zərbə dronları sərhədin digər tərəfində terrorçu qüvvələrin toplaşdığı yerlərdə "hədəfləri" müəyyənləşdirərək məhv edib. O vurğulayıb ki, sınaqdan keçirilən dronlar istənilən hava və coğrafi şəraitdə hədəfi məhv edə bilər.

Seçilən
11
2
adalet.az

3Mənbələr