AZ

Marneulidə şahmat turniri keçirilib

Marneulidə “Marneuli Kuboku” şahmat turniri keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, Marneulidə “İnkişaf və Təhsil Mərkəzi”nin təşkilatçılığı və SOCAR-ın dəstəyi ilə uşaqlar və yeniyetmələr arasında baş tutan yarışda 41 iştirakçı mübarizə aparıb.

8-10 yaş kateqoriyasında Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin üzvü Ümid Əliyev birinci, Əli Bayramov ikinci, Timur Kələyev isə üçüncü olub. 10 yaş və yuxarı kateqoriyada isə Əli Əliyev birinci, Rafael Nayramov ikinci, Onur Əsgərov üçüncü yeri tutublar.

Qaliblərə kubok, diplom və medallar təqdim edilib.

Seçilən
3
report.az

1Mənbələr