Ukraynanın müdafiə nazirinin müavini Dmitri Klimenkov vəzifəsindən azad edilib.
News24.az Musavat.com-a istinadən xəbər verir ki, bu qərarı Nazirlər Kabineti təsdiqləyib.
Klimenkov 2022-ci ilin 5 oktyabr tarixindən etibarən silah, hərbi texnika və ordunun ehtiyacları üçün digər vacib vasitələrin idxalına nəzarət edib.