AZ

Milli Məclisin yaz sessiyası dövründə Dövlət Qulluğu Məcəlləsinin layihəsi hazırlanacaq

Milli Məclisin yaz sessiyası dövründə Dövlət Qulluğu Məcəlləsinin layihəsi hazırlanacaq.

"Report" xəbər verir ki, bu, parlamentin 2025-ci il üzrə qanunvericilik işlər planında əksini tapıb.

Layihənin hazırlanması işi MM-in Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinə tapşırılıb.

Sənəd qanunverici orqanın Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin cavabdehliyində olacaq.

Seçilən
9
report.az

1Mənbələr