AZ

Mehdiabad və “Sea Breeze”də çəkiləcək tramvay xətləri hara birləşəcək?

Mehdiabad və "Sea Breeze" əraziləridə artıq tramvay xətlərinin tətbiq olunması nəzərdə tutulub.

Bunu bu gün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı deyib.

"Bakıda iki yaşayış sahəsinin - Mehdiabad və "Sea Breeze" ərazilərinin metro və dəmir yoluna çıxışı yoxdur. Bu ərazilərdə isə artıq tramvay xətlərinin tətbiq olunması nəzərdə tutulmuşdur. "Sea Breeze"dən tramvay xətti çəkilərək Pirşağı stansiyası ilə əlaqələndiriləcək və orada bir hab yaradılacaq. Mehdiabad-Binəqədi istiqamətindən isə metronun "28 May" stansiyası ilə əlaqələndirməklə tramvay xəttinin çəkilməsi nəzərdə tutulmuşdur ki, sərnişinlərə xidmət göstərilə bilsin", - o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
3
36
olaylar.az

10Mənbələr