Qətər Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsinin detallarını müzakirə etmək üçün İsrail və HƏMAS arasında birbaşa olmayan danışıqların keçirilməsinə hazırlaşır.
Bu barədə əmirliyin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi, Baş nazirin müşaviri Məcid bin Məhəmməd əl-Ənsari brifinqdə bildirib.
\"Atəşkəsin 16-cı günü (3 fevral) danışıqların başlanması günüdür. Biz hazırlıq mərhələsindəyik. Bütün tərəflərlə qarşılıqlı əlaqəni davam etdiririk\", - o, HƏMAS və İsrailin Dohada görüş keçirilməsi imkanını müzakirə etməsinə dair məlumatı şərh edib.
Yanvarın 19-da əl-Ənsari \"Al Jazeera\" telekanalına müsahibəsində bildirib ki, Qətər, Misir və ABŞ fevralın 3-də HƏMAS və İsrail arasında Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsinin detallarını razılaşdırmaq üçün məsləhətləşmələrə başlayacaq.
Qeyd edək ki, yanvarın 19-da Qəzza zolağında atəşkəs rejiminin tətbiq olunduğu elan edilib və \"HƏMAS\" hərəkatı ilə razılaşma çərçivəsində üç israilli girovun əvəzinə fələstinli 90 məhbusu azad edib. Daha sonra Qəzza zolağında saxlanılan dörd israilli qadın girovun yəhudi dövlətinə təhvil verilməsindən sonra Ofer və Ketsiot həbsxanalarından 200 fələstinli məhbus azad edilib.
///report