ETSN- min 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən 28 yanvar 2025-ci il tarixdə Sumqayıt şəhərində yerləşən Sumqayıt Tibb Mərkəzində TƏBİB-in tabeçiliyində olan dövlət tibb müəssisələrinin baş həkimlərinin iştirakı ilə “Tibbi tullantıların idarə edilməsi”, “Yaşıllıqların uçot hesabatlarının aparılması”mövzularında ümumilikdə 40 nəfərin iştirakı ilə maarifləndirici tədbir keçirildi. Tədbirdə iştirakçıların sualları cavablandırılmış, qarşılıqlı fikir mübadiləsi aparılmışdır.
Ekologiya.az